“Qəbələ” İdman Klubunun taekvondo üzrə açıq birinciliyi keçirilib. Yarışda 20 komandadan 500 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Birincilikdə “Qəbələ” təmsilçiləri uğurla çıxış edib. Taekvondoçularımız yarışdan 6 medalla ayrılıblar. 27 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Musayev kiçik yaş qrupunda bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. Yeniyetmələrin yarışında Elvin Əhmədov 33 kq, Elvin Osmanov 41 kq çəki dərəcəsində bürünc medala yiyələnib. Bundan başqa, Qüdrət Cəfərov 2-ci, Nicat Əzizli 3-cü yerə sahib olub. Gənclərin yarışında isə Ravil Kişmişov fərqlənib. O, 45 kq çəki dərəcəsində bürünc medala yiyələnib.