Taekvondoçumuz beynəlxalq turnirdən qızılla dönür
Xəbərlər / 22 Fevral 2014 | 19:42289
Qısa müddətdir fəaliyyətə başlayan "Qəbələ" İdman Klubunun taekvondo bölməsi ilk beynəlxalq uğura imza atıb. Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən A Klass turnirdə təmsilçimiz Məhəmməd Məmmədov qızıl medala sahib olub. 59 kq çəki dərəcəsində mübarizə aparan Məməmməd heç bir rəqibinə şans verməyib. Xatırladaq ki, turnirdə 18 ölkədən taekvondoçular medallar üğrunda üz-üzə gəlib.