Taekvondoçumuz Dünya Universiadasının qalibi oldu
Taekvondo / 23 Avqust 2017 | 17:55994
Taekvondoçumuz Dünya Universiadasının qalibi oldu

Azərbaycanın və “Qəbələ”nin taekvondoçusu Milad Beigi Harçeqani növbəti uğurunu qazanıb. İdmançımız Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında fərqlənib. 80 kq çəki dərəcəsində çıxış edən Milad bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurub. Taekvondoçumuz əvvəlcə Jan Miçel Fernandezi (Portuqaliya) 29:1, ardınca Rusiyanı təmsil edən Boqdan Qreçkini 25:8 hesabı ilə məğlubiyyətə uğradıb. Onun 1/4 finalda rəqibi Hidenori Ebata (Yaponiya) olub və Harçeqani bu dəfə də görüşü üstün başa vurub (32:15). Dünya çempionumuz yarımfinalda taypeyli taekvondoçu Vey Tinq Liuya qalib gəlib - 12:4. Həlledici döyüşdə ispaniyalı Raul Martinez Qarsiya ilə qarşılaşan təmsilçimiz 6:3 hesablı qələbə sayəsində yarışın çempionu olub.
Yarış G2 kateqoriyalı olduğundan Harçeqani I yerin sahibi kimi 20 reytinq xalı da qazanıb.