Taekvondoçumuz medalın bir addımlığında büdrədi
Taekvondo / 16 İyun 2015 | 21:42550
Taekvondoçumuz medalın bir addımlığında büdrədi

Ölkəmizi Avropa Oyunlarında təmsil edən “Qəbələ” İdman Klubunun  taekvondoçusu Məhəmməd Məhəmmədov yarışı 5-ci pillədə tamamlayıb. 58 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 4 görüşdə 2 qələbə qazanmaqla, ilk “altılığ”a düşüb. Yarışa israilli Gili Haimovits ilə start verən təmsilçimiz qarşılaşmanı 7:4 hesabı ilə qalib bitirib. Məhəmməd ardınca ispaniyalı Xesus Tortosa Qabrera ilə görüşdə 3:8 hesabı ilə məğlub olub. İspaniyalı taekvondoçu finala yüksəldiyindən Məhəmmədov təsəlliverici görüşə qatılıb. İlya Kokşintsevə (Belarus) 15:3 hesabı ilə qalib gələn taekvondoçumuz 3-cü yer uğrunda qarşılaşmada Muhamed Ketbi Si (Belçika) ilə qüvvəsini sınayıb. Bu görüşdə 4:5 hesabı ilə uduzan idmançımız fəxri kürsünün bir addımlığında büdrəyərək 5-ci olub.

Qeyd edək ki, “Qəbələ” idmançıları Avropa Oyunlarında 2 medal qazanıb. Karateçilər Rafael Ağayev (75 kq) qızıl, Niyazi Əliyev (67 kq) bürünc əldə edib.