Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Təmsilçimiz Rusiyada təşkil olunan "Russian Open" turnirində fərqlənib. G1 kateqoriyalı beynəlxalq yarışın son günündə dayanq üzərinə çıxan Ağayev 63 kq çəki dərəcəsində mübarizə aparıb. Gənclərdən ibarət olimpiya yığmasının üzvü bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.