«Taktiki cəhətdən çox düzgün oynadıq»
Xəbərlər / 14 Fevral 2016 | 16:01135
«Taktiki cəhətdən çox düzgün oynadıq»

Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Qalib gəlməyimiz çox yaxşı oldu. Komanda yaxşı oyun göstərdi. Komandanın oyununu ona görə belə qiymətləndirirəm ki, qələbə qazandıq, daha çox hücumda olduq. Böyük qüvvə ilə müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik. Sadə gedişlərdən istifadə etdik. Bu gün bir neçə qol vura bilərdik. Amma təəssüf ki, yenə 1 qol vurduq. Biz istədiyimiz ideal üslubda oynamasaq da, rəqibə uyğun, taktiki cəhətdən düzgün oynadıq. Bəzi əks-hücum imkanlarından da daha yaxşı istifadə edə bilmədik. Onları daha kəsərli sonluğa çatdırmaq olardı. Biz rəqibin kimliyindən asılı olmayaraq, eyni taktiki düzülüşə üstünlük veririk. Bu üzdən də iki dayaq yarımmüdafiəçisi ilə mübarizə apardıq. Belə müdafiə xəttini keçmək üçün oynadığımız üslub da yetərli idi. Sergey Zenyovun keçidlərindən sonra yenə qol vurmaq imkanlarımız da oldu”.