«Tam fərqli futbol gördük»
Xəbərlər / 25 Avqust 2018 | 20:40305
«Tam fərqli futbol gördük»

Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Gözlədiyimiz oyunun tam əksini izlədik. Matça fərqli şəkildə hazırlaşmışdıq. Rəqib 10 nəfərlə qalanda da üstünlüyə malik idi. Belə pis oynadığımızı xatırlamıram. Buna çox üzüldüm. “Neftçi” ilə görüşün ikinci hissəsində yaxşı oynamışdıq. Amma bu dəfə meydanda tam fərqli futbol gördük. Hücum barədə dediklərimin əksi oldu. Futbolçulara tapşırıb, oyuna kökləmişdik. Ötən tur məğlub olmuşduq, bu dəfə evdə qalib gəlməliydik. Amma sanki futbolçulara da nə isə olmuşdu. Matça baxıb, təhlil edib, oyunçularla fərdi, ciddi söhbət aparacağıq. Bunun bir çıxış yolunu tapmalıyıq. Üstünlüyün də rəqibdə olması məni düşündürür”.