“Qəbələ” Azərbaycan kubokunda 2022/23 mövsümünə “Araz Naxçıvan”la oyunla başlayıb. “Qırmızı-qaralar” 1/8 final mərhələsində 5:0 hesablı qələbə qazanıb.
Bu, klub tarixində 5 və ya daha çox top fərqli 12-ci qələbədir. “Qəbələ” Premyer Liqada 6, Azərbaycan kubokunda 4, I divizionda 2 dəfə belə böyük fərqlə qalib gəlib.
21.09.2005 Birinci divizion Göy-Göl - Şərur 8:0
10.05.2006 Birinci divizion Gilan - Energetik 6:0
16.10.2006 Azərbaycan kuboku Gilan - Şahdağ 6:0
11.11.2007 Premyer Liqa Gənclərbirliyi - Qəbələ 0:6
04.10.2015 Premyer Liqa Qəbələ - Xəzər Lənkəran 6:0
03.12.2015 Azərbaycan kuboku Qəbələ - Mil-Muğan 7:0
10.09.2016 Premyer Liqa Neftçi - Qəbələ 0:8
25.11.2017 Premyer Liqa Kəpəz - Qəbələ 1:6
29.11.2017 Azərbaycan kuboku Qəbələ - Mil-Muğan 8:0
07.03.2020 Premyer Liqa Qəbələ - Sumqayıt 5:0
18.09.2021 Premyer Liqa Qəbələ - Səbail 5:0
22.11.2022 Azərbaycan kuboku Qəbələ - Araz-Naxçıvan 5:0