Təbriz İsazadə mükafatlandırıldı - Fotoreportaj
Xəbərlər / 21 May 2013 | 08:14429
Təbriz İsazadə mükafatlandırıldı - Fotoreportaj

AFFA-nın U-11 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Qəbələ" klubunun 11 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Təbriz İsazadə AFFA tərəfindən mükafatlandırılıb.
 Tədbir "Qəbələ" İdman Akademiyasında təşkil olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək belə tədbirlərin futbolun kütləviliyinin artırılması, təbliğinin gücləndirilməsi ilə əlaqəli əhəmiyyətindən danışıb. Sonda AFFA-nın hədiyyələri 55 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Təbriz İsazadəyə təqdim edilib və xatirə şəkilləri çəkilib.