«Təəssüf ki, hücumlarımız alınmadı»
Xəbərlər / 13 May 2014 | 05:45199
«Təəssüf ki, hücumlarımız alınmadı»

Premyer Liqanın XXXV turu çərçivəsində baş tutan "İnter"-"Qəbələ" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”.