Təşəkkürlər, Bilel
Xəbərlər / 15 İyun 2024 | 15:55348
Təşəkkürlər, Bilel

“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə yollarını ayırıb. 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

 

2023-cü ilin yayından komandamızda çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib. 

 

Qəbələ” İdman Klubu Bilel Auaşeriyaya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.