“Qəbələ” İK-nın Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandamızın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.
M.Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.
O, “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.
Murad Musayevə kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq!