Təşəkkürlər, Məqsəd
Xəbərlər / 5 İyun 2023 | 14:062458
Təşəkkürlər, Məqsəd

“Qəbələ” klubu müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb. 2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandamızın heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.

“Qəbələ” İdman Klubu Məqsəd İsayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.