Təşəkkürlər, Omar!
Xəbərlər / 9 Yanvar 2024 | 10:001502
Təşəkkürlər, Omar!

“Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2021-ci ilin sentyabrından komandamızda çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

“Qəbələ” İdman Klubu Omar Haniyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.