“Qəbələ” İK Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
Tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 20 yaşlı vinger 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından klubumuza cəlb olunmuşdu. O, “Qəbələ”nin heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Prins Ovusuya göstərdiyi xidmətlərə görə, təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!