Tofiq Musayev Mıktıbek Orolbai ilə üz-üzə
Xəbərlər / 21 İyun 2025 | 09:1714901
Tofiq Musayev Mıktıbek Orolbai ilə üz-üzə

Azərbaycanda keçiriləcək UFC turnirindən əvvəl MMA döyüşçülərinin çəki mərasimi baş tutub və rəqiblər üz-üzə gəliblər.

 

Tədbir yarışın keçiriləcəyi Bakı Kristal Zalında təşkil olunub. Mərasimdə döyüşçülərin qaşılaşması təşkil olunub. Onlar həm də çəki ölçmədən keçiblər.

 

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək turnirdə başqa çəki dərəcəsində mübarizə aparacaq. Təmsilçimiz və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılaşıblar. İdmançılar 70 kq-da üz-üzə gəlməli olsalar da, çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.

 

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.