Tofiq Musayevin növbəti rəqibi müəyyənləşdi
Xəbərlər / 15 Fevral 2026 | 07:365249
Tofiq Musayevin növbəti rəqibi müəyyənləşdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək.

 

İdmançımız ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək. Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma "UFC Apex" arenasında təşkil olunacaq.

 

Qeyd edək ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib.