Toni Adams baş məşqçi postundan istefa verdi
Xəbərlər / 16 Noyabr 2011 | 05:001043
Toni Adams baş məşqçi postundan istefa verdi

“Qəbələ” Futbol Klubunun baş məşqçisi Toni Adams 18 aylıq fəaliyyətinin ardından istefa verib. Toni Adams istefanın səbəblərini belə açıqlayıb: "Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşçəyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” Futbol Klubunu tərk etmək məcburiyyətindəyəm. Çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəm hər zaman daha önəmlidir". “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov istefa ile bağlı bunları bildirib: "Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” Futbol Klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək".