Toni Adams yeni vəzifəsinin icrasına başladı
Xəbərlər / 10 Aprel 2012 | 10:38782
Toni Adams yeni vəzifəsinin icrasına başladı

“Qəbələ” Futbol Klubu komandanın sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. İngiltərə “Arsenal”ının əfsanəsi “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək. Toni Adams yeni təyinatdan sonra gabalafc.az-a eksklüziv açıqlama verib:

"Qəbələ" Futbol Klubundakı yeni vəzifəmə görə çox şadam. Klubun Prezidenti cənab Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər.
Klub prezidentinin müşaviri kimi mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ” Futbol Klubunun sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm.
 Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun Prezidentinə minnətdaram”.