«Topa daha çox nəzarət etdik»
Xəbərlər / 29 Noyabr 2013 | 19:06176
«Topa daha çox nəzarət etdik»

Premyer Liqanın XV turu çərçivəsində baş tutan "Rəvan"-"Qəbələ" (0:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. Komandaların sərt oyununa şahidlik etdik. İkinci hissədə hesabı qorumağa oynadıq, topa daha çox nəzarət etdik. Müdafiədə diqqətli idik. Amma mərkəzdə istədiyimiz oyunu nümayiş etdirə bilmirdik. Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Pis oyun nümayiş etdirmədi. Amma fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi”.