UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Çukariçki” (Serbiya) - “Qəbələ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Çukariçki”ni, həmkarımı qələbə münasibətilə təbrik edirəm. Oyunumuzu təhlil etmək çətindir. Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu gün topalma, aqressivlikdə güclü idi”.