27 oktyabr 2012. Saat 16:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Yaşar Abbasov
Dördüncu hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Yannik Kamanan, 31 ; Daniel Lopes Kruz, 56 // Murad Ağakişiyev, 29 ; Aleksandr Krutskeviç, 74 ; Ruslan Zubkov, 83
Qol: Antonio Rukavina, 57
İstifadə olunmamış penaltilər: Yannik Kamanan, 63 // Antonio Rukovina, 57
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Premyer Liqanın X turunda “Qəbələ” doğma meydançada “Turan”ı qəbul etdi. Matç meydan sahiblərinin hücumları ilə start götürdü. 8-ci dəqiqədə Dodonun qapı önünə asmasını rəqib qapıçı Popoviç yumruqları ilə uzaqlaşdırsa da, top Rəşad Abdullayevin önünə düşdü. Rəşadın zərbəsi isə çərçivənin üstündən meydançanı tərk etdi. 5 dəqiqə sonra kapitanın ötürməsini Mendi dəyərləndirə bilmədi. Hissənin sonunadək Kamanan-Mendi cütlüyü bir neçə əlverişli epizod yaxalasa da, ilk yarıda hesab açılmadı.
İkinci hissə güclü leysanla start götürdü. Məhz bu səbəbdən 45 dəqiqə ərzində tərəflər normal oyun göstərməkdə çətinlik çəkdilər. 57-ci dəqiqədə qonaqlar hesabı açdılar. Oyuna yenicə daxil olan Salif Ballo Daniel Kruz tərəfindən cərimə meydançası daxilində kobudluqla dayandırıldı və hakim penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Antonio Rukavinanın zərbəsini Dieqo zərəsizləşdirsə də, Rukavina təkrar zərbə ilə topu tora göndərdi. Qoldan sonra hücumlarının kəsərini biraz da artıran “Qəbələ” 63-cü dəqiqədə hesabı bərabərləşdirmək şansı qazandı. Rəqib müdafiəçilərin cərimə meydançası daxilində qaydalardan kənar oyunu penalti ilə nəticələndi. Lakin penalti zərbəsini yerinə yetirən Yannik Kamanan topu qapının üstündən vurdu. Qalan dəqiqələr də meydan sahiblərinin üstünlüyü ilə keçsə də, hesab dəyişmədi və “Turan” Qəbələdən 3 xalla ayrıldı.
“Qəbələ”
25. Dieqo Kosta Silva
9. Viktor Mendi
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
(22. Lourival Rodriqes, dəq.64)
15. Umar Kalabane
18.Aleksandr Çertoqanov
21. Elmar Baxşıyev
26. Daniel Lopes Kruz
(19. Rövşən Əmiraslanov, dəq.60)
27. Rəşad Abdullayev (k)
(8. Bruno Da Silva, dəq.73)
84. Kelhar Dejan
28. Müşfiq Teymurov
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
7. Yaşar Abuzərov
23. Şəhriyar Xəlilov
35. Tərzin Cahangirov
Baş məşqçi: Ramiz Məmmədov
“Turan”
28. Andrey Popoviç
5. Fərid Quliyev
(19. Asəf Qədiri, dəq.78)
7. Azər Məmmədov
9. Murad Ağakişiyev
(22. Salif Ballo, dəq.56)
10. Hafiz Əliyev (k)
13. Marius Kazlauskas
14. Ender Günlü
(23. İrakli Beraia, dəq.70)
21. Antonio Rukavina
24. Ruslan Zubkov
25. Nuqzar Kvirtiya
26. Aleksandr Krutskeviç
Ehtiyat oyunçular:
1. İvan Qrabovaç
15. Rəşad Piriyev
16. Elmixan Məmmədov
18. Seymur Tağıyev
Baş məşqçi: Əfqan Talıbov
Əfqan Talıbov: “Bugünkü oyun mübarizə şəraitində keçdi. Üstünlük tamamilə “Qəbələ”də olsa da, qələbəni biz qazandıq. Sona kimi mübarizə apardıqları üçün komandaya minnətdaram”.
Ramiz Məmmədov: “Oyunda tam üstünlüyə malik olsaq da, qalib gələ bilmədik, Hava şəraitinin əlverişsiz olması ötürmələrdə öz təsirini göstərirdi. “Turan”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu, oyundur, hər şey ola bilər. Qarşıda “Qarabağ” və “Neftçi” ilə çətin oyunlarımız var. Bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.