«Turan Tovuz»la 6-cı duel
Xəbərlər / 14 Sentyabr 2023 | 10:051850
«Turan Tovuz»la 6-cı duel

Bu həftə Misli Premyer Liqasında VI turun oyunları keçiriləcək. “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Turan Tovuz”la görüşəcək.

Bu, iki komanda arasında ümumilikdə 6-cı duel olacaq. İlk dəfə 2020/21 mövsümündə üz-üzə gələn komandalar kubokda bir, çempionatda dörd dəfə qarşılaşıb. 2 qələbəsi olan “Qəbələ” 2 heç-heçə edib və yalnız bir dəfə uduzub. 6 qol vuran “qırmızı-qaralar” 3 top buraxıb. Rafael Utziq bu matçlarda hamıdan çox – 2 dəfə fərqlənib.

Çempionatdakı 4 qarşılaşmada rəqiblər hərəyə bir qələbə qazanıb. İki görüşdə qalib müəyyənləşməyib. 4 qol vuran komandamız 3 top buraxıb.

Üçüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. Bu matçların hamısında eyni sayda – 2 qol vurulub. İki dəfə qalib gələn “qırmızı-qaralar” bir dueldən sülhlə ayrılıb.

Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

 

2020/21 mövsümü

25.01.2021. Azərbaycan kuboku. Turan Tovuz - Qəbələ - 0:2

Stefan Vukçeviç, 32; Ceyms Adeniyi, 45+1

2022/23 mövsümü

08.08.2022. Premyer Liqa . Turan Tovuz - Qəbələ - 0:2

İsnik Alimi, 58 (p.); Rafael Utziq, 63

24.12.2022. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 0:0

11.03.2023. Premyer Liqa. Turan Tovuz - Qəbələ - 1:1

Runi Eva, 19 (p.) // Felipe Santos, 39

13.05.2023. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 1:2

Rafael Utziq, 66 // Sadiq Quliyev, 54; Xulu Siyanda, 90+5