“Turan Tovuz” - “Qəbələ”: 10-cu duel
Xəbərlər / 12 Sentyabr 2025 | 10:0613892
“Turan Tovuz” - “Qəbələ”: 10-cu duel

Bu gün Misli Premyer Liqasında IV tura start verilib.

 

“Qəbələ” milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra  “Turan Tovuz”la qarşılaşacaq. Sabah baş tutacaq səfər görüşü “Azersun Arena”da keçiriləcək. 

 

Bu matç iki komanda arasında 10-cu duel olacaq. Rəqiblər bunadək 8 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər. 

 

Əvvəlki qarşılaşmalarda 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və 3 dəfə uduzub. 14 qol vuran komandamız 9 top buraxıb. Bilel Auaşeriya 4, Rafael Utziq və Osama Xalayla hərəyə 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.

 

Çempionatdakı 8 qarşılaşmada həm “Qəbələ” iki, Tovuz təmsilçisi üç dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 12 qol vuran komandamız 9 top buraxıb.

 

Altıncı dəfə “Turan Tovuz”un qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında üstünlüyə malikdir. Komandamız səfərdə 2 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Rəqib meydanında 8 qol vuran komandamız 5 top buraxıb.

 

Qeyd edək ki, avqustun 13-də “Azersun Arena”da keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.

 

2020/21 mövsümü

25.01.2021. Azərbaycan kuboku. Turan Tovuz - Qəbələ - 0:2

Stefan Vukçeviç, 32; Ceyms Adeniyi, 45+1

 

2022/23 mövsümü

08.08.2022. Premyer Liqa . Turan Tovuz - Qəbələ - 0:2

İsnik Alimi, 58 (p.); Rafael Utziq, 63

24.12.2022. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 0:0

11.03.2023. Premyer Liqa. Turan Tovuz - Qəbələ - 1:1

Runi Eva, 19 (p.) // Felipe Santos, 39

13.05.2023. Premyer Liqa. Qəbələ - Turan Tovuz - 1:2

Rafael Utziq, 66 // Sadiq Quliyev, 54; Xulu Siyanda, 90+5

 

2023/24 mövsümü

17.09.2023. Premyer Liqa. Turan Tovuz – Qəbələ – 2:2

Fərid Nəbiyev, 56; Belajdi Pusi, 59 // Osama Xalayla, 71, 78 (p.)

25.11.2023. Premyer Liqa. Qəbələ - Turan Tovuz – 4:0

Bilel Auaşeriya, 42, 49, 85; Samuel Tetteh, 53

13.02.2024. Premyer Liqa. Turan Tovuz – Qəbələ – 2:1

Aleks Souza, 43; Ayxan Quseynov, 53 // Bilel Auaşeriya, 77

13.04.2024. Premyer Liqa. Qəbələ - Turan Tovuz – 1:2 

Əyyub Allaş, 49 // Aleks Souza, 81; Belajdi Pusi, 90+5