«Turan Tovuz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Yanvar 2021 | 11:42287
«Turan Tovuz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları üçün bütün təyinatlar açıqlanıb. Yanvarın 24-25-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Mərhələnin ikinci oyun günündə “Turan Tovuz”la qarşılaşacaq “Qəbələ”nin səfər matçına təyinatlar da bəlli olub. Tovuz şəhər stadionundakı görüşü Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbovla Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Matçın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Bəhram Qurbanov olacaq.

Xatırladaq ki, yanvarın 25-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı saat 14:00-da başlayacaq.

Azərbaycan kuboku

1/8 final

25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Tovuz şəhər stadionu