«Turan Tovuz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 4 Avqust 2022 | 19:53372
«Turan Tovuz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında 2022-2023-cü illər mövsümünün ilk təyinatları açıqlanıb. Avqustun 5-8-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la qarşılaşmasının da təyinatları bəlli olub. Turun son günündə səfər görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimovla Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. 

Xatırladaq ki, Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” - “Qəbələ” qarşılaşması saat 17:00-da başlayacaq.

 

Misli Premyer Liqası

I tur

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

Tovuz şəhər stadionu