Misli Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb. Martın 10-12-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la qarşılaşmasının da təyinatları bəlli olub. Turun ikinci günündə səfər görüşünə çıxacaq “qırmızı-qaralar”ın matçını Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbov və Zöhrab Abbasov olacaq. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” - “Qəbələ” qarşılaşması saat 15:00-da başlayacaq.
Misli Premyer Liqası
XXVI tur
11 mart (şənbə)
15:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu