Misli Premyer Liqasında VI turun təyinatları açıqlanıb. Sentyabrın 15-17-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Turan Tovuz”la səfər qarşılaşmasının da təyinatları bəlli olub. Turun son günündə meydana çıxacaq “qırmızı-qaralar”ın matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Asiman Əzizli olacaqlar. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” - “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.
Misli Premyer Liqası
VI tur
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu