“Turan Tovuz” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 Sentyabr 2025 | 10:1213105
“Turan Tovuz” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında IV turun oyunları üçün təyinatlar açıqlanıb. 

 

Sentyabrın 13-də “Azersun Arena”da keçiriləcək "Turan Tovuz" - "Qəbələ" qarşılaşmasının baş hakimi Cavid Cəlilov olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. 

 

Rəvan Həmzəzadə VAR, Cəmil Quliyev AVAR olacaq. Ömər Paşayev hakim-inspektor, Emin Cəfərov AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, “Turan Tovuz” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.