Misli Premyer Liqasında XXV turun təyinatları açıqlanıb.
Martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Vüsal Məmmədov və Akif Əmirəli kömək edəcəklər.
Elçin Məsiyev dördüncü hakim, Əliyar Ağayev VAR, Nicat İsmayıllı AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Ceyhun Haşımov, AFFA nümayəndəsi Elçin Məmmədov olacaq.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.