Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk təyinatları açıqlanıb.
I turun “Turan Tovuz” – “Qəbələ” matçının hakimləri və rəsmi şəxsləri müəyyənləşib. Avqustun 14-də keçiriləcək görüşün baş hakimi Tural Qurbanov olacaq. Ona Cəmil Quliyev və Asiman Əzizli kömək edəcək.
Emin Əliyev dördüncü hakim, Elçin Məsiyev VAR, Gülnurə Əkbərzadə AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.