«Turan Tovuz» - «Qəbələ» oyununun VAR hakimləri müəyyənləşdi
Xəbərlər / 7 Avqust 2022 | 20:57359
«Turan Tovuz» - «Qəbələ» oyununun VAR hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında I turun son təyinatları açıqlanıb. Sabah baş tutacaq “Turan Tovuz” – “Qəbələ” oyununun VAR hakimləri müəyyənləşib.

Tovuz şəhər stadionundakı matçın VAR hakimi Nicat İsmayıllı olacaq. Onun köməkçisi vəzifəsini isə Cəmil Quliyev yerinə yetirəcək.

Xatırladaq ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

 

Misli Premyer Liqası

I tur

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

VAR hakimi: Nicat İsmayıllı

VAR hakiminin köməkçisi: Cəmil Quliyev

Tovuz şəhər stadionu