Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçların yeri və vaxtı müəyyənləşib. Yarışa 1/8 finaldan başlayacaq “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək. Matç yanvarın 25-də keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/8 final
25 yanvar (bazar ertəsi)
14:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu