«Turan Tovuz» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 1 Avqust 2022 | 20:33450
«Turan Tovuz» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında ilk turun oyun cədvəli açıqlanıb. Avqustun 5-də start götürəcək turun görüşləri dörd günü əhatə edəcək.

“Qəbələ” son oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Turan Tovuz”un qonağı olacaq. Avqustun 8-dəki qarşılaşma Tovuz şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

I tur

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu