Misli Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. Martın 10-12-də keçiriləcək görüşlərin yeri və vaxtı dəqiqləşib.
“Qəbələ” ikinci oyun günündə “Turan Tovuz”un qonağı olacaq. Martın 11-də keçiriləcək qarşılaşma Tovuz şəhər stadionunda baş tutacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXVI tur
11 mart (şənbə)
15:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu