Misli Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb. Sentyabrı 15-17-də baş tutacaq matçların vaxtı və yeri müəyyənləşib. “Qəbələ” turun son oyun günündə “Turan Tovuz”la qarşılaşacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
VI tur
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu