Misli Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb.
“Qəbələ”nin “Turan Tovuz”la matçının vaxtı və yeri bəlli olub. “Qırmızı-qaralar” səfər görüşünə sentyabrın 13-də çıxacaq.
“Azersun Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.