Türkiyədə ilk sınaq
Xəbərlər / 15 Yanvar 2019 | 20:42401
Türkiyədə ilk sınaq

Yanvarın 13-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah Antalyada ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşacaq. Matç “Papillon Oteli”nin məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. “Qəbələ”nin “Meppen”lə görüşü 3 hissədən ibarət olacaq. “Qırmızı-qaralar”ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.

Yoxlana oyunu

16 yanvar

15:30. “Qəbələ” (Azərbaycan) – “Meppen” (Almaniya)

“Papillon Oteli”nin meydançası