Türkiyədə ilk sınaq
Xəbərlər / 4 İyul 2022 | 21:08276
Türkiyədə ilk sınaq

2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə görüşəcək.

Superliqa təmsilçisi ötən mövsümdə çempionatı 15-ci pillədə başa vurub. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. 

Xatırladaq ki, qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

 

Yoxlama oyunu

5 iyul

17:30. “Qəbələ” – “Qaziantep”