«Turnir komandamız üçün böyük təcrübə olacaq» - VİDEO
Xəbərlər / 31 May 2013 | 06:48280
«Turnir komandamız üçün böyük təcrübə olacaq» - VİDEO

 II Qəbələ kuboku turnirinin yarımfinal görüşündə "Feyonord" penaltilər seriyasında “Şaxtyor”a  qalib gəlib. Oyunla bağlı "Feyonord"un baş məşqçisi Roy Makay bunları söyləyib: “Komandamız oyuna əvvəldən yaxşı başlamışdı. Hətta qolu ilk dəqiqələrdən vura bilərdik. Sadəcə, “Şaxtyor”un qapıçısı yaxşı oynadı. Daha sonra oyunun son dəqiqəsində öz səhvimizdən qapımızda qol gördük. Amma ümumilikdə yaxşı oyun nümayiş etdirdik”.

Məşhur sabiq futbolçu ölkəmizdə özünü yaxşı hiss etdiyini bildirib: “Özümü burda çox gözəl hiss edirəm. Rəqib komandalar da çox səviyyəlidir. “Barselona”, “Portu” və “Qəbələ” kimi rəqiblərimiz var. Turnir çox gözəl təşkil edilib. Bu turnir komandamız üçün böyük təcrübə olacaq”.