U-10 finalda, U-11 və U-14 yarımfinalda
Xəbərlər / 6 May 2016 | 16:34126
U-10 finalda, U-11 və U-14 yarımfinalda

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Son tur öncəsi çempionluğu və UEFA Gənclər Liqasına vəsiqəni təmin edən “Qəbələ”nin U-19 komandası mövsümü “Neftçi” İK İB ilə qarşılaşma ilə başa vurub. 4:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 22 turluq yarışı 61 xalla başa vurub. Yarımfinalda “Qarabağ”la qarşılaşan U-10 səfərdəki 2:1 hesablı qələbədən sonra öz meydanında heç-heçə ilə kifayətlənib – 2:2. Finala yüksələn komandamız həlledici görüşdə “Neftçi” İK İB ilə üz-üzə gələcək.
U-11 isə 1/4 finalda “Neftçi” İK İB ilə görüşüb. Hər iki oyunda qələbə qazanan (5:1, 2:1) “Qəbələ” yarımfinala yüksəlib. “Rəvan”la 1/4 finalın ilk matçında qolsuz heç-heçə edən U-12 sabah cavab matçına çıxacaq. U-13 isə 1/4 finalın ilk oyununda “Xəzər Lənkəran”la qolsuz sülh bağlayıb. Cavab matçı mayın 8-də baş tutacaq. U-14 Liqasının 1/4 finalında “Vətən” RİOEUG-i mübarizədən kənarlaşdıran (3:0, 1:1) komandamız sabah “Neftçi” PFK ilə ilk yarımfinal matçında qüvvəsini sınayacaq.