U-11 Belarusa yola düşdü
Xəbərlər / 15 İyun 2014 | 13:31166
U-11 Belarusa yola düşdü

"Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə Belarusa yollanıb. Paytaxt Minskdə məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 sınaq oyunu keçirəcək. İlk matç iyunun 17-i paytaxt təmsilçisi "Minsk-2004"-ə qarşı baş tutacaq. "Qırmızı-qaralar" ikinci görüşdə iyunun 19-u BATE Borisovla münasibətlərinə aydınlıq gətirəcək. "Qəbələ" son görüşdə iyunun 21-i "Fortuna" kollektivi ilə üz-üzə gələcək. Təmsilçimiz iyunun 22-i vətənə dönəcək.