U-11-dən 8 qol
Xəbərlər / 18 Fevral 2020 | 17:47180
U-11-dən 8 qol

“Qəbələ”nin futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Gənclər Liqasında mübarizə aparan U-19 “Səbail”i qəbul edib. İki cavabsız qol vuran “qırmızı-qaralar” görüşdən üç xalla ayrılıb. Öz meydanında “Keşlə” ilə görüşən U-17-nin matçının taleyini bir qol həll edib. Bu top komandamıza qələbə qazandırıb. U-16 evdə “Mil-Muğan”la qarşılaşıb. Komandamız böyükhesablı qələbə qazanıb – 3:0. U-15 Liqasında çıxış edən “Qəbələ” eyni hesabla səfərdə “Sabah”a qalib gəlib. Qızlar arasında Yüksək Liqada isə “Qəbələ” “Keşlə”ni məğlubiyyətə uğradıb – 5:1.

Paytaxt zonasında mübarizə aparan U-14 “Səbail”lə qarşılaşmadan xalsız ayrılıb – 0:1. Digər komandalarımız isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında növbəti oyunlarını keçirib. U-12 Liqasında “Qəbələ” UGİM-ə (Mingəçevir) üç, UGİM (Qəbələ) UGİM-ə (Oğuz) bir cavabsız qolla qalıb gəlib. “Qırmızı-qaralar” U-11 Liqasında da UGİM (Mingəçevir) üzərində böyükhesablı qələbə qazanıb – 8:1. Eyni rəqiblərin U-10 Liqasındakı görüşündə 8 qol vurulub. Komandamız 5:3 hesabı ilə qalib gəlib.