U-11 Gürcüstana yollanır
Xəbərlər / 18 İyun 2013 | 13:38283
U-11 Gürcüstana yollanır

2012-2013 mövsümündə U-11 Liqasının qalibi adını qazanmış "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə sabah Gürcüstana yola düşəcək. 6 gün davam edəcək hazırlıq prosesi müddətində "qırmızı-qaralar" 3 yoxlama oyununda qüvvəsini sınayacaq. "Qəbələ" iyunun 21-də və 23-də "Dinamo" (Tbilisi), 25-də isə Sulakvelidze Akademiyası ilə üz-üzə gələcək. "Qəbələ" Tbilisidə "Bomond Garden" otelində məskunlaşacaq.
Komanda qonşu ölkəyə aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

1. Mustafayev Əli (Qapıçı)
2. İmanov Yusif (Qapıçı)
3. Valehli Əli (Müdafiəçi)
4. İsgəndərov Tərlan (Müdafiəçi)
5. Məmmədov Şahlar (Müdafiəçi)
6. Ağayev Orxan (Müdafiəçi)
7. Fərmanov Taleh (Müdafiəçi)
8. Həsənov Mahir (Müdafiəçi)
9. Bayramov Qurbanəli (Y/müdafiəçi)
10. Quluzadə Turxan (Y/müdafiəçi)
11. Həşimov Firudin (Y/müdafiəçi)
12. Verdiyev Arif (Y/müdafiəçi)
13. Rzayev Veysəl (Y/müdafiəçi)
14. Kərimli Abid (Y/müdafiəçi)
15. Mədətov Ülvi (Hücumçu)
16. Abdullayev Raul (Hücumçu)
17. Vəliyev Həmid (Hücumçu)
18. Həsənzadə Nazim (Hücumçu)