U-11 Minsk təmsilçisini məğlub etdi
Xəbərlər / 17 İyun 2014 | 12:59179
Belarus paytaxtı Minskdə təlim-məşq toplanışında olan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ilk oyununu keçirib. "Minsk-2004" kollektivi ilə qarşılaşan "qırmızı-qaralar" rəqibi 3:0 hesabilə məğlub edib. Komandamıza qələbə qazandıran qollara Mehrac Baxşəliyev (2) və Xəyal Səmədov imza atıb. "Qəbələ" növbəti sınaq oyunu iyunun 19-u baş tutacaq. "Qırmızı-qaralar"ın ikinci rəqibi BATE Borisov olacaq.