U-11 qələbə ilə dönür
Xəbərlər / 21 İyun 2014 | 14:20183
"Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan təlim-məşq toplanışını yekunlaşdırıb. "Qırmızı-qaralar" hazırlıq çərçivəsində adıçəkilən ölkədə 3 yoxlama oyunu keçirib. İlk görüşdə "Minsk-2014" kollektivinə 3:0 hesabilə qalib gələn "Qəbələ" ikinci oyunda BATE Borisova məğlub olub - 2:3. Komandamızın heyətində Xəyal Səmədov dubla imza atıb. Son matçda "qırmızı-qaralar" "Fortuna" ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibə heç bir şans verməyən "Qəbələ" 4:0 hesabilə qalib gəlib. Təmsilçimizə qələbə qazandıran qollar Kənan Qaragözov (2) və Rəşad Əmrahovun (2) aktivinə yazılıb.
Komandamız sabah vətənə dönəcək.