U-11 Tbilisidə 6-cı oldu
Xəbərlər / 1 İyun 2017 | 22:00399
U-11 Tbilisidə 6-cı oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirə yekun vurulub. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası turnirin son günündə 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” “Qarabağ”la qarşılaşıb. Cuma Hüseynovun qol sevinci yaşadığı görüşdə Ağdam təmsilçisi qalib gəlib – 3:1. Beləliklə, “Qəbələ”nin U-11 komandası turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi isə “Dinamo” – “Saburtalo” qarşılaşmasında müəyyənləşib. 3:1 hesabı ilə qalib gələn sonuncular kuboka sahib olub.