U-12 qrup mərhələsini III yerdə bitirdi - Fotoreportaj
Xəbərlər / 13 Oktyabr 2012 | 14:46343
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents – 2012” turnirinin qrup oyunlarına yekun vurulub. Qrup mərhələsinin son – 4-cü matçında “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası yerli “Zenit” kollektivi ilə münasibətlərini aydınlaşdırıb.
Matç peterburqluların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi ilk hissə “Zenit”in 2:0-lıq üstünlüyü ilə yekunlaşıb. İkinci hissəyə isə “Qəbələ” daha fəal başlayıb. Topa nəzarəti ələ keçirən təmsilçimiz hissənin əvvəllərində hesab arasındakı fərqi azaltmağa müəssər olub. Rəqib müdafiəçilərindən ustalıqla sıyrılan Samir Qurbanov topu tora göndərib – 1:2. Hücumlarını davam etdirən komandamızda Təbriz İsazadə və Samir Qurbanovun status-kvonu bərpa etmək imkanları olsa da, onlar bu şansları dəyərləndirə bilməyiblər. Əvəzində “Qəbələ”ni əks-hücumda yaxalayan “Zenit” 3-cü topu təmsilçimizin qapısından keçirib – 1:3. Bununla da, qrup mərhələsinin sonuncu oyununda məğlub olan U-12 5-liyi III sırada bitirib və 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. “Qəbələ”nin bu mərhələdə ilk rəqibi Rusiyanın Kanaplov adına akademiyasının komandası olacaq.