“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları liqalarda final mərhələsinə start verib. 1/8 final oyunlarından sonra U-12 və U-11 növbəti raunda adlayıb.
U-12 1/8 final mərhələsini 12 cavabsız qolla keçib. “Qırmızı-qaralar” UGİM-ə (Cəlilabad) səfərdə 5, evdə 7 cavabsız qol vurub. “Çinar” UGFHK ilə qarşılaşan U-11 də hər iki görüşdə böyük hesabla qalib gəlib – 5:1, 6:0.
U-14 evdə “Turan Tovuz”u 3:0 hesabı ilə məğlub etsə də, səfərdəki məğlubiyyətdən (0:6) sonra mübarizəni dayandırıb. UGİM (Astara) ilə üz-üzə gələn U-13 1/4 finala adlaya bilməyib – 2:2, 0:2. U-10 isə “Vətən” RİOEUGFM-lə üz-üzə gəlib – 4:5, 1:4.