U-13 günü maksimum nəticə ilə qapadı
Xəbərlər / 20 Aprel 2014 | 19:46193
"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vadafone Beynəlxalq turnirinə uğurlu start verib. Turnirin açılış günündə 2 oyun keçirən təmsilçimiz maksimum nəticə qazanıb - 6 xal. "Qəbələ" ilk matçda Kosovanın "Galaksi" kollektivi ilə üz-üzə gəlib. Matç "qırmızı-qaralar"ın 5:1-lik qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə 3 xal qazandıran qollar Samir Qurbanov (3), Məhəmməd Məhərrəmov və Nicat Oruclunun aktivinə yazılıb. İkinci görüşdə Ülfət Mədətovun yetirmələri qrupun iddialı komandalarından olan TSC Ayntraxt Dortmundla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Orxan Abdullayevin qolu həlledici olub.
Komandamız qrupun son matçında sabah "Fənərbaxça" ilə üz-üzə gələcək.